Futbol üzrə Azərbaycan kubokunun ilk yarımfinalçısı məlum olub

101

Dekabrın 19-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

NUHÇIXAN xəbər verir ki, mərhələnin ilk oyununda “Səbail” doğma meydanda “Zirə” klubunu qəbul edib. Görüşdə 2:3 hesabı ilə qalib gələn “Zirə” iki oyunun yekununa əsasən futbol üzrə Azərbaycan kubokunun ilk yarımfinalçısı olub. Komandaların arasında ilk oyun da “Zirə”nin qələbəsi ilə başa çatmışdı – 1:0.

Mərhələnin ilk oyun gününün sonuncu qarşılaşması “Kapital Bank” stadionunda keçiriləcək. “Sumqayıt” komandası “Neftçi” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk görüş sumqayıtlıların 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: