Fransanın rəsmi qurumu Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

192

NUHÇIXAN Avropa Şurasının yerli və Regional Hakimiyyətlər Konqresinin internet portalına istinadən xəbər verir ki,  Fransanın Ərazi Hakimiyyəti üzrə Milli Mərkəzi (Centre national de la fonction publique territoriale – CNFPT) bu yaxınlarda “Avropada yerli institusional islahata dair barometr” layihəsi çərçivəsində qitədə ərazi qurumlarının statistik və hüquqi təhlilinə dair materiallar dərc edib. Həmin hesabatda Naxçıvan Muxtar Respublikasının xüsusi statusu haqqında ayrıca bölmədə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisi ilə sərhədi olmayan bir eksklav kimi Türkiyə, İran və Ermənistanla əhatə olunub. Bu coğrafi mövqe Naxçıvanın xüsusi hüquqi və inzibati statusunu şərtləndirən əsas amildir.  Hesabatda Naxçıvan Muxtar Respublikasının konstitusiyon-hüquqi statusu barədə qeyd olunur ki, muxtariyyətin əsasları 16 mart və 13 oktyabr 1921-ci ildə imzalanmış Moskva və Qars beynəlxalq müqavilələri, eyni zamanda Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının Konistutsiyanın əsasında müəyyən olunub. Yazıda ayrıca bildirilir ki,  bu iki müqavilə hal-hazırda qüvvədədir. Buna görə, Naxçıvan Muxtar Respublikasının statusu həm daxili qanunvericilik,  həm də beynəlxaq müqavilələrlə tənzim olunur. Hesabatda Naxçıvan Muxtar Respublikasının siyasi sisteminə dair bölmədə qeyd edilir ki, muxtar respublika parlamentar tipli idarəetmə sisteminə malikdir. Muxtar respublikanın parlamenti, ali vəzifəli şəxsi, ayrı-ayrı institutlar, yerli və ərazi qurumlarının səlahiyyətlərinə dair məlumatlar da hesabatda əsk olunub.

Qeyd edək ki, hesabat Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konresinin internet resursunda həmçinin Fransanın Ərazi Hakimiyyəti üzrə Milli Mərkəzi təqdiqata dair xüsusi hazırlanmış saytında yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: