Fransalı velosipedçi: Dünya çempionatında özümüzə rəqib deyil, çoxlu dostlar qazanırıq

184

Bu, mənim Bakıya ilk səfərimdir. Azərbaycanda idmana bəslənilən sevgini, diqqət və qayğını dünyanın heç bir ölkəsində görmək mümkün deyil. Bu, çox sevindirici haldır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilmiş BMX üzrə dünya çempionatının mükafatçısı, fransalı Antuan Deroin deyib.

Bakıdakı Veloparkın möhtəşəmliyinə valeh olduğunu bildirən fransalı velosipedçi bildirib: “Əslində, burada çox mehriban mühit var. Biz burada rəqib deyil, çoxlu dost qazanırıq. Yarışlar yüksək səviyyədə keçirilib. Velosiped idmanının BMX növü üzrə dünya çempionatından sonra dostlarımla Bakıya gələcəyəm.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: