Fransalı alimlər 1946-cı ildən bəri ilk dəfə Adolf Hitlerin dişlərinin fraqmentlərini tədqiq edərək onun ölümünün dəqiq tarixini müəyyənləşdiriblər.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçılar 2017-ci ildə Rusiyanın onlara verdiyi diş qalıqlarının həqiqi olduğunu bildiriblər. Ekspertiza Adolf Hitlerin 1945-ci il aprelin 30-da öldüyünü təsdiqləyib.
Alimlər, həmçinin diktatorun kəllə sümüyünün fraqmentini də nəzərdən keçirib və onun Hitlerin kəllə sümüyünün radioqrafiyasına uyğun gəldiyini görüblər.
Mütəxəssislərin sözlərinə görə, o zaman alimlər nasist diktatorun ölüm səbəbini müəyyən etməyə çətinlik çəkiblər. Ekspertlər fraqmentləri tədqiq etdikdə fürerin dişlərində və diş protezlərində zəhər izlərinə, kəllə sümüyündə isə güllə deşiyinə rast gəliblər.