Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi nömrəsi dərc olunub

100

NUHÇIXAN xəbər verir ki, Fransa Milli Assambleyasının “Le journal du Parlement” rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən xüsusi nömrəsi çap olunub.

“Xüsusi nömrə – diplomatik arxivlər: Azərbaycan (1918-1920) Şərqin ilk dünyəvi respublikası” başlığı ilə nəşr edilmiş nömrədə Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Azərbaycan tarixində qadınların rolu” adlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycanda bəzi Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququnun verildiyi vurğulanır. Ölkəmizin tarixində azərbaycanlı qadınların oynadığı böyük rol diqqətə çatdırılır. Müasir cəmiyyətimizin inkişafında qadınların xüsusi yerinin olduğu bildirilən yazıda Azərbaycanda gender bərabərliyinə riayət olunduğu qeyd edilir.

Jurnalda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun “Əlimərdan bəy Topçubaşov: Azərbaycan-Fransa diplomatik əlaqələrinin pioneri”, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayevin “İlk respublikanın üç rəngi” adlı məqalələri də yer alıb.

Jurnalda fransız deputatların və tədqiqatçıların, Fransada təhsil alan, yaşayan soydaşlarımızın da müsəlman Şərqində ilk dünyəvi respublika – Azərbaycan Xalq Cümhuriyyəti haqqında yazıları dərc olunub. Bundan başqa, Azərbaycan tarixində xüsusi yeri olan azad mətbuatın, o cümlədən AZƏRTAC-ın fəaliyyətinə dair məlumatlar yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: