Fransa ilə Naxçıvan arasında mədəni əlaqələr güclənir

138

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın Gənclər Paytaxtı seçilməsi ilə bağlı keçirilən “Avropa günləri”ndə iştirak edən  Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şitterer muxtar respublikanın Fransa ilə əlaqələrindən danışıb. Fransalı diplomat qeyd edib ki:-“Naxçıvanda keçirilən “Avropa günləri”nin iştirakçısı olmaqdan çox məmnunam. Burada Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə Fransanın, o cümlədən digər ölkələrin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını, təhsilini əks etdirən sərgilər nümayiş olunur. Bu gün Naxçıvanla Fransa arasında mədəni sahədə əlaqələr mövcuddur. 10 ildən artıqdır ki, fransalı və naxçıvanlı arxeoloqlar qədim diyarda birgə arxeoloji qazıntılar aparırlar və uğurlu nəticələr əldə ediblər. 
Qeyd edim ki, bu il oktyabr ayının 25-də Bakı şəhərində Naxçıvanda qazıntılar zamanı aşkar olunan arxeoloji tapıntıların sərgisi təşkil olunacaq. O ki qaldı Naxçıvana, buranın çox gözəl təbiəti, təmiz havası və gözəl insanları vardır. Gələcəkdə Fransa ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi üçün bu gözəl diyara gəlişimiz daha da intensivləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: