“Ford” 4 minə yaxın avtomobili geri çağırıb

179

“Ford” Rusiyada 4 minə yaxın avtomobili geri çağırıb.

NUHÇIXAN-ın məlumatına görə, geri çağırılma Rusiyada 2011-ci ildən 2016-cı ilədək satılmış “Focus”, “C-Max”, “Mondeo” və “Kuga” modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar mufta diskində aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin hərəkət sürətinin azalmasına və bəzi xüsusiyyətlərinin zəifləməsinə səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: