Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilir

264

NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən Muxtar Respublikanın rayonlarında və Naxçıvan şəhərində fiziki tərbiyə fənnini tədris edən müəllimlər üçün seminarlara start verilib. Tədbirin iştirakçılarına gənc nəslin fiziki inkişafında, onların sağlam böyüməsində idmanın rolu, fiziki tərbiyə dərslərinin  müasir tələblər əsasında tədrisi, dərslərin əsas xüsusiyyətləri, quruluşu və təşkili formaları ilə bağlı geniş məlumatlar verilib.

İştirakçılara eyni zamanda seminarın proqramına uyğun idman məşğələlərinin keçirilməsi, idman yarışlarının təşkili  və digər proseslər də izah olunub.  Bundan başqa gənc nəslin fiziki inkişafında, onların sağlam böyüməsində idmanın roluna həsr edilmiş məşğələ də təşkil olunacaq.

Şəhər və rayonlar üzrə qabaqcıl və təcrübəli fiziki tərbiyə müəllimləri tərəfindən aparılacaq seminarlar 10 gün davam edəcək. 

 

                                 Aygün Hüseynli     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: