FIFA dünya çempionatının yarımfinal mərhələsini idarə edəcək hakimlərin adlarını açıqlayıb

373

Beynəlxalq Futbol Federasiyasının (FIFA) hakimlər komitəsi dünya çempionatının sonrakı qarşılaşmalarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, mundialın yarımfinal mərhələsini idarə edəcək 12 hakim aşağıdakılardır:

Əlireaz Fəqani (İran), Malanq Didyu (Seneqal), Mark Qeyger (ABŞ), Cazar Arturo Ramos Palazuelos (Meksika), Andres Kuna (Uruqvay), Nestor Pitana (Argentina), Sandro Ricci (Braziliya), Matyu Konqer (Yeni Zelandiya), Güneyt Cakır (Türkiyə), Byorn Kupers (Hollandiya), Milorad Majiç (Serbiya), Canluka Rokki (İtaliya).

Videotəkrar (VAR) sisteminin köməkçiləri sırasında Vilton Sampayo (Braziliya), Mauro Vilyano (Argentina), Bastian Dankert (Almaniya), Artur Diaş Suarez (Portuqaliya), Pavel Qil (Polşa), Massimiliano Irrati (İtaliya), Danny Makeli (Hollandiya), Daniel Orsato (İtaliya), Paolo Valeri (İtaliya) və Feliks Cvayer (Almaniya) yer alıblar.

Rusiyada keçirilən XXI dünya çempionatının yarımfinal oyunları iyulun 10-da və 11-də baş tutacaq. Üçüncü yer uğrunda mübarizə iyulun 14-də, final oyunu isə iyulun 15-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: