FİFA DÇ-2018-in ən yaxşı qolunu açıqlayıb
Rusiyada keçirilmiş dünya çempionatının ən yaxşı qolu açıqlanıb.
NUHÇIXAN qurumun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuda Fransa yığmasının futbolçusu Benjamen Pavarın Argentina millisinə vurduğu qol DÇ-2018-in ən yaxşı qolu seçilib.
Qeyd edək ki, DÇ-2018-in finalında Fransa millisi Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.