FIFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina bildirib ki, 2026-cı il dünya çempionatında FIFA-nın vəzifəsi Rusiyada keçirilən 2018-ci il dünya birinciliyi ilə müqayisədə təşkilatın mədaxilini ikiqat artıraraq 12 milyard dollara çatdırmaqdır.
NUHÇIXAN-ın məlumatına görə, iyun ayında FIFA prezidenti Canni İnfantino 2015-2018-ci illər üzrə qurumun gəlirlərinin 6,1 milyard dollar təşkil etdiyini bildirmişdi.
“Futbol bir biznes-şoudur. 2018-ci il dünya çempionatı ən yaxşı təşkil edilmişdi. Rusiyadakı iş 6 milyard dollar mədaxil demək idi. Bu, çox böyük vəsaitdir. Əsas vəzifə – məbləği ikiqat artırmaq və 2026-cı ildə Meksika, Kanada və ABŞ-da keçiriləcək dünya çempionatında 12 milyard dollara çatdırmaqdır. Çempionlar Liqasının hər mövsümündə 2 milyard avrodan çox vəsait qrup mərhələsinin 32 komandası arasında bölüşdürülür”, -deyə P.Kollina vurğulayıb.