FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb

388

FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb.

NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 17 futbolçunun 18 dəqiq zərbəsi yer alıb. Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev səsverməyə 2 qolla qatılan yeganə oyunçudur. Onun Səudiyyə Ərəbistanı (5:0) və Xorvatiyaya (2:2, penalti – 3:4) vurduğu qollar ən yaxşı olmağa namizəddir.

Siyahıda həmçinin, rusiyalı Artyom Dzyuba (Misir, 3:1) portuqaliyalı Kriştianu Ronaldu (İspaniya, 3:3), ispaniyalı Naço (Portuqaliya, 3:3), braziliyalı Filippe Koutinyo (İsveçrə, 1:1), belçikalı Dris Mertens (Panama, 3:0), kolumbiyalı Xuan Kintero (Yaponiya, 1:2), xorvatiyalı Luka Modriç (Argentina, 3:0), nigeriyalı Ahmed Musa (İslandiya, 2:0), argentinalı Lionel Messi (Nigeriya, 2:1), almaniyalı Toni Kroos (İsveç, 2:1), ingiltərəli Cessi Linqard (Panama, 6:1), portuqaliyalı Rikardo Kuarejma (İran, 1:1), belçikalı Adnan Yanuzay (İngiltərə, 1:0), argentinalı Anxel Di Mariya (Fransa, 3:4), belçikalı Naser Şadli (Yaponiya, 3:2) və fransalı Benjamen Pavarın (Argentina, 4:3) qolları yer alıb.

Ən yaxşı qol iyulun 23-dək FIFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsverməyə əsasən müəyyənləşəcək (https://www.fifa.com/worldcup/videos/goal-of-the-tournament/).

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçirilib. Mundialın qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: