FİDE prezidenti: Dünya çempionluğuna namizədi müəyyənləşdirəcək turnir Kazanda keçiriləcək

131

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç dünya çempionluğu uğrunda mübarizə aparacaq qadın şahmatçını müəyyənləşdirəcək turnirin keçiriləcəyi şəhərin adını açıqlayıb.

NUHÇIXAN “rsport.ria.ru”ya istinadla xəbər verir ki, FİDE rəsmisi yarışın 2019-cu ildə Rusiyanın Kazan şəhərində keçiriləcəyi ilə bağlı “Tvitter” səhifəsində məlumat paylaşıb.

“Məmnuniyyətlə bildirirəm ki, qadınlar arasında dünya çempionluğuna namizədi müəyyən etmək üçün şahmat yarışları 2019-cu il mayın 29-da Kazan şəhərində keçiriləcək”, – deyə Dvorkoviç bildirib.

Turnirin qalibi şahmat tacı uğrunda hazırki dünya çempionu çinli Szyuy Venszyuna qarşı mübarizə aparmaq hüququ qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: