FHN işçiləri həmkarlar ittifaqının komitə sədrləri Naxçıvanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar

240

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının komitə sədrlərinin bir qrupunun Naxçıvan şəhərinin tarixi yerlərinə, muzeylərinə tanışlıq səfəri davam edir.

FHN-dən NUHÇIXAN-a bildiriblər ki, nazirlik işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov və FHN-in Aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqları komitələrinin sədrləri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini nəzərə alaraq, muxtar respublikadakı tarixi və dini-mədəni abidələr və görməli yerlərlə tanış olublar.

Qonaqlar əvvəlcə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.

Daha sonra Nuh peyğəmbərin məzarüstü türbəsini ziyarətə gələn tur iştirakçılarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb.

Mömünə Xatun türbəsi ilə tanışlıq da böyük maraqla qarşılanıb.

FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Nəbatət bağı və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: