“Facebook” və “Instagram” “feyk” səhifələri bağlayır

178

“Facebook” və “Instagram” sosial şəbəkələrindəki 30-dan çox səhifə və akkaunt silinib.

NUHÇIXAN-ın “RİA Novosti “agentliyinə istinadən verdiyi məlumata görə, bu addım qeyri-dəqiq məlumatların yayılması ilə mübarizə çərçivəsində atılıb.

“Bu gün biz “Facebook” və “Instagram”da 32 səhifə və akkauntu sildik. Çünki onlar qeyri-dəqiq məlumatların yaranması üçün koordinasiyalı fəaliyyətlərə cəlb ediliblər. Belə əməllərə “Facebook”da icazə verilmir. Çünki, biz istəmirik ki, digər insanlar və ya təşkilatlar insanları çaşdırmaq üçün akkauntlar və səhifələr zənciri yaratsınlar”, – deyə “Facebook”un yaydığı məlumatda deyilir.

Bununla belə, konkret olaraq hansı səhifələrin və akkauntların bağlanıldığı barədə məlumat verilmir . Qeyd olunur ki, “Facebook” sosial şəbəkəsi hələ tədqiqatların ilkin mərhələsindədir və bu “feyk” səhifələrin arxasında kimlərin olduğunu bilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: