Fəsil dəyişikliyi zamanı yaranan hallar

98

Yazın gəlişi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də fəallaşmasına səbəb olur.

Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi və digər faktorlar orqanizmin hormon tarazlığını dəyişərək yuxu nizamına təsir edir. Baş verən dəyişikliklər isə orqanizmin kifayət qədər dincələ bilməməsi, davamlı yorğunluq və unutqanlıq kimi nəticələr verir.

NUHÇIXAN xəbər verir ki, yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər birinci sırada dayanır. Statistikaya görə, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir.

Allergik xəstəliklərin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində gözdə qızarma, qaşınma və reaksiya ilə əlaqədar olaraq damar genişlənməsi əmələ gətirir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək və bulanıq görmə yaranır. Bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənşəli deyil, keçici də ola bilər. Tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə etmək məsləhətdir.

Gözə əllə təmasdan mümkün qədər uzaq olmaq ən vacib şərtlərdən biridir. Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanaraq yuxudan tez durmaq, hər gün eyni saatda yatıb qalmağa çalışmaq, gündəlik həyatda daha fəal olmaq, sutka ərzində bir neçə dəfə idmanla məşğul olmaq, piyada gəzməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan toparlanmaq, müsbət əhvali-ruhiyyəyə köklənmək də müsbət əhəmiyyətə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: