“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşib

155

Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi müəyyənləşib.

NUHÇIXAN-ın məlumatına görə, İstanbul təmsilçisi hollandiyalı Ervin Kumanla müqavilə imzalayacaq.

57 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.

Qeyd edək ki, Ervin Kuman “Fənərbağça”da istefaya göndərilən Filip Kokunun köməkçisi idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: