“Fənərbağça” klubu Türkiyə çempionatına uğurla start verib

205

Avqustun 11-də futbol üzrə Türkiyə Superliqasında birinci turun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, ötən mövsümün ikincisi “Fənərbağça” klubu öz meydanında “Bursaspor” kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

Matçın 16-cı dəqiqəsində qonaq komanda hesabı açıb – 0:1. Lakin çox keçməmiş meydan sahibləri on bir metrlik cərimə zərbəsi ilə hesaba tarazlıq gətiriblər – 1:1. Matçın 30-cu dəqiqəsində isə “Fənərbağça” futbolçuları ikinci topu rəqibin qapısından keçirərək hesabda irəli çıxıblar – 2:1. Matçın ikinci hissəsində tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, yeni baş məşqçi Filip Kokunun rəhbərliyi altında “Fənərbağça” çempionata qələbə ilə start verib.

Günün digər oyunlarında isə “Kasımpaşa” səfərdə “Rizəsporu” 3:2, “Sivasspor” isə öz meydanında “Alanyaspor”u 1:0 hesabları ilə üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: