“Evrovision-2018” mahnı müsabiqəsinin münsiflər heyətinin tərkibi açıqlanıb.
NUHÇIXAN-ın məlumatına görə, heyətdə yarışmada iştirak edən hər ölkədən 5 nəfər təmsil olunur.
Azərbaycandan münsiflər heyətinə xalq artisti Mübariz Tağıyev, xalq artisti Faiq Ağayev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti İlahə Əfəndiyeva, cazz ifaçısıTünzalə Qəhrəman və aparıcı Nurlana Cəfərova seçiliblər.
Yarışmada 43 ölkədən ümumilikdə 215 münsif səsvermədə iştirak edəcək.