“Etihad Airways” Qəbələ və Naxçıvana aviareyslər açmaqla uçuş coğrafiyasını genişləndirə bilər

55

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” şirkəti Qəbələ və Naxçıvana aviareyslər açmaqla, Azərbaycana uçuş coğrafiyasını genişləndirə bilər.

Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, yeni aviareysin açılması ölkəmizə əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq. “Bir çox ərəb ölkələrinin sakinləri nüfuzlu aviaşirkətlərin xidmətindən istifadə etməyə üstünlük verirlər. “Etihad Airways” da məhz belə şirkətlərdəndir. Həmçinin şirkət beynəlxalq arenada özünü sübut edib. Ümid edirəm ki, Ramazan bayramından sonra bu marşrut üzrə reyslərin sayı artırılacaq”, – deyə AzTA-nın sədri bildirib.

Qeyd edək ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcıları – AZAL və “Etihad Airways” arasında əldə olunan razılaşmaya əsasən martın 2-dən ilk dəfə Əbu-Dabi–Bakı–Əbu-Dabi marşrutu üzrə birgə reyslər yerinə yetirilməyə başlanılıb. Uçuşlar hər həftə – çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: