Ermənistanlı nazir istefa verib və idmançıları xalqa qoşulmağa səsləyib

95

Erməni dövləti qarşısında Ermənistanın hər bir vətəndaşının məsuliyyətini dərk edərək, bütün idmançıları Respublika meydanında xalqa qoşulmağa çağırıram.

NUHÇIXAN xəbər verir ki, idman və gənclik naziri vəzifəsini icra edən Hraçya Rostomyan bu çağırışı yerli mətbuat vasitəsi ilə edib. O bildirib ki, siyasi mübarizədə xalq bir məqsəd ətrafında birləşməlidir.

H.Rostomyan, eyni zamanda, tutduğu vəzifədən istefa verib. Onun çağırışından sonra ölkənin məşhur idmançıları mitinqçilərin sıralarında görünüb. Belə ki, olimpiya çempionu Artur Aleksanyan, dünya çempionu Maksim Manukyan və bir çox digər məşhur idmançı etiraz aksiyalarına qoşulub. Hazırda idmançılar MOK-un binası yaxınlığında toplaşıb və xalqı siyasi mübarizəyə çağırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: