Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qohumu beynəlxalq axtarışa verilib

171

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmisi oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib. Ölkənin hüquq-mühafizə orqanları “İnterpol”la birgə onun tapılması ilə məşğuldur.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bunu respublika polisinin rəhbəri Valeri Osipyan bildirib.

Narek Sarkisyan qanunsuz silah gəzdirməkdə, narkotik vasitələr saxlamaqda, dələduzluqda və insan oğurluğunda ittiham edilir. Cinayət materiallarına əsasən, 2017-ci ildə Yerevanda gecə klubu açmaq istəyən biznesmeni Narekin evinin zirzəmisinə salıb, işgəncə verilərək onu bu fikirdən çəkindirməyə çalışıblar. Narek Sarkisyan işgəncələrdə şəxsən iştirak edib və biznesmeni tapança ilə hədələyib.

Qeyd edək ki, bir qədər əvvəl sabiq prezidentin qardaşı Levon Sarkisyan və onun digər yaxın qohumu “qanunsuz varlanma” maddəsi üzrə axtarışa verilmişdi. Son məlumata görə, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyan barəsində də dövlətlərarası axtarış elan olunub. Onun Rusiya ərazisində olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: