Ermənistandakı hərbi hissələrdən birində külli miqdarda yanacaq oğurluğu baş verib

126

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, mayor Armen Qriqoryan yerli mətbuata açıqlamasında cinayət-istintaq qrupu tərəfindən üçüncü dağ atıcı alayında saxta sənədlər tərtib edilməklə yanacaq oğurlanması faktının üzə çıxdığını bildirib.

Xəbərdə qeyd edilib ki, oğurluğun həcminin böyük olması ilə əlaqədar polkovnik Ağacanyanın göstərişinə əsasən, faktın araşdırılması məqsədilə Avanesyan soyadlı müstəntiqin rəhbərliyi ilə xüsusi istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: