Ermənistanda vəziyyət dalana dirənib

67

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan prezident Armen Sarkisyandan ölkədə növbədənkənar parlament seçkiləri təyin etməyi xahiş edib

Karen Karapetyan prezident Armen Sarkisyandan ölkədə növbədənkənar parlament seçkiləri təyin etməyi xahiş edib.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Karapetyan parlament seçkilərində müxalifət lideri Nikol Paşinyanın qələbə qazanacağı ehtimalını inandırıcı hesab edib. “Yaranmış vəziyyət dalana dirənib. Paşinyan bəyan edib ki, müvəqqəti baş nazir xalqın namizədi, yəni özü olmalıdır. Mən prezidentdən siyasi qüvvələrlə məsləhətləşməyi və yeni parlament seçkilərinin təyin olunmasını xahiş etdim. Əgər Ermənistan vətəndaşları Paşinyanı seçmək istəsələr, ölkənin baş naziri məhz o olacaq”, – deyə Karapetyan bildirib.

Bir qədər əvvəl müxalifət lideri “xalqın namizədinin” baş nazir olmayacağı təqdirdə növbədənkənar seçkilərə razılıq verməyəcəyini demişdi. Paşinyan və Karapetyan aprelin 25-də danışıqlara başlamalı idi. Lakin dünən axşam saatlarında Paşinyan dialoqdan imtina edib və etiraz aksiyalarını davam etdirmək qərarına gəlib.

Bu arada Ermənistan prezidenti Armen Sarkisyan ölkədə yaranmış mürəkkəb vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: