Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil

171

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də sabit deyil. NUHÇIXAN xəbər verir ki, Artaşat şəhərinin sakinləri və “Lidiyan Armenia” şirkətinin əməkdaşları hökumət əleyhinə etiraz aksiyası keçirirlər. Narazı kütlə aidiyyəti qurumlardan porblemlərinin həllini tələb edir.

Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olanlar tətil elan ediblər. Yolları bağlayan mağaza və dükan sahibləri ölkənin Vergilər Nazirliyinin işindən narazılıq edirlər. Etirazçıların sözlərinə görə vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır. “Onlar bütün şəhəri terrora bürüyüblər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar işçiləri təlimatsız formada yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun.” – deyə, etirazçılar bildirirlər. “Lidiyan Armenia” şirkətinin əməkdaşları isə hökumət binasının qarşısında aksiya keçirirlər. Onlar rəsmi qurumlardan normal iş mühitinin yaradılmasını tələb edirlər. Bildirilir ki, 55 gündür ekoloqlar və Cermuk kəndinin sakinləri Amulsar mədəninə gedən yolları bağlı saxlayırlar. Bu isə şirkət üçün böyük iqtisadi itkilərə səbəb  olub.  “Lidiyan Armenia”-nın əməkdaşı Mxitar Arşakyanın sözlərinə görə onlar məsələ ilə bağlı baş nazirə 3 dəfə məktub ünvanlayıblar. Sual olunub ki, niyə işlərinə davam edə bilmirlər? Məktublara cavab ala bilmədikləri üçün də hökumət binası qarşısında aksiya keçirməyə qərar veriblər. Nikol Paşinyan Cermuka səfəri zamanı ekoloqların və sakinlərin sakitləşməsi üçün şirkətin əməkdaşlarına bir müddət işi dayandırmağı tövsiyyə edib. Mxitar Arşakyan bildirir ki, biz onu dinlədik. Amma işsiz də qalmaq olmur. Onların yeganə gəlir yeri bu mədəndir. Ekoloqlar və Cermuk sakinləri isə idda edirlər ki, mədənin fəaliyyəti təbiəti məhv edir. Ərazidəki çaylar demək olar ki, öz funksiyasını itirib. Yaranan lil qatı kəndlərdə içməli su qıtlığı yaradıb. Çayların suyu təsərrüfat işləri üçün də yararlı deyil. Şirkət sakinlərə vəziyyəti düzəldəcəyinə dair dəfələrlə söz versə də buna əməl etməyib. Ona görə də onlar mədənin fəaliyyətinə  mane olmaqda qərarlıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: