Ermənistanda ictimai-siyasi vəziyyət qeyri-sabitdir

154

Dərin iqtisadi böhran yaşayan Ermənistan hərbi sahədə də iflasa uğrayıb. NUHÇIXAN xəbər verir ki, işğalçı ölkənin təhlükəsizlik xidməti orduda yeni korrupsiya şəbəkəsi aşkarlayıb. Həbs olunanlar var. Ermənistanda ictimai-siyasi vəziyyət də sabit deyil. Robert Köçəryanın aktiv siyasətə qayıdacağını bəyan etməsi siyasi dairələrin ciddi narazılığına səbəb olub. “Ermənistan Milli Konqresi” partiyası Köçəryanın dərhal həbs olunmasını tələb edir.

Ermənistanda çağırışçıların xidmətdən azad edilməsi üçün külli miqdarda rüşvət alınması faktının üstü açılıb, bir neçə nəfər saxlanılıb. Bu barədə işğalçı ölkənin Baş Prokurorluğu məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı çağırışçının atasından əsgərlikdən möhlət hüququ almaq və xidmətdən azad edilməsi üçün 15 000 dollar alıb. Nəticədə iki nəfər faktla bağlı həbs edilib. Eyni zamanda “N” saylı hərbi komissarlığın rəisi çağırışçının atasından 19 min dollar rüşvət alıb. Komissarlığın rəisi tutulub və faktla bağlı saxlanılan digər şəxs barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Hökumət dəyişikliyi belə ordudakı korrupsiya və rüşvət hallarının qarşısını ala bilməyib. Ermənistanda ictimi-siyasi vəziyyət də sabit deyil. Avqustun 13-də həbsdən azad edilən sabiq prezident Robert Köçəryanın aktiv siyasətə qayıtdacağını bəyan etməsi işğalçı ölkədə ciddi narazılıq yaradıb. Köçəryan bildirib “Niyə hamı narahatdır, niyə mənə mane olurlar? Bu ölkədə fərqli düşüncə ola bilməz?”. “Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyanın sözlərinə görə, Köçəryan indiyədək törətdiyi əməllərdən utanmaq əvəzinə hələ də danışır. O, dərhal həbs edilməsə ölkədə heç vaxt qanunlar işləməyəcək. İnsanların onsuz da hökumətə inamı yoxdur. Zurabyanın fikrincə “Röbert Köçəryan 1999-cu ilin 27 oktyabrında parlamentə təşkil olunan hücumdan və 2008-ci ildə dinc insanlara qarşı törətdiyi terrordan sonra siyasi xadim olmaq şansını itirib. O, hakimiyyətini güc yolu ilə saxlayaraq Ermənistanı korrupsiyaya qurşanmış, iflasa uğramış bir ölkəyə çevirib. Levon Ter-Petrosyan haqlı olaraq onun hökumətini quldur dəstəsi adlandırır. O, hakimiyyətdən ancaq öz maraqları üçün istifadə etməyi bacarır. Köçəryan siyasətçi olsaydı biznesə can atmazdı. O, hakimiyyətdən gedən kimi iş adamı oldu. İndi isə deyir ki, mən yenidən siyasətə qayıdıram. Ermənistan uzun müddət bu şəxsin quldur dəstəsinin əsarətində olub. Tarix yenidən təkrarlansa biz ölkə kimi mövcud olmayacayıq”,- deyə Levon Zurabyan əlavə edib. Sədr müavini Köçəryanın hakimiyyətə hazırladığı saxta sənədlərlə gədliyini də yada salıb. O, Ermənistan vətəndaşı olmadığı halda Konstitusiyanın ziddinə gedərək 10 ilə yaxın müddətdə ölkəni idarə etdi. Bu müddətdə öz varidatını 4 milyard dollara çatdırdı. Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan isə bildirib ki, nəinki Köçəryan, Serj Sarkisyan da tezliklə həbs ediləcək. Onun sözlərinə görə, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Serj Sarkisyan da istintaqa cəlb olunaraq dindiriləcək. Xaçatryan əlavə edib ki, dindirilmə prosesinin səmərəli olması üçün kimin, nə zaman və harada ifadəsinin alınacağı ilə bağlı müstəntiq qərar verəcək. Müvafiq cinayət işi çərçivəsində sabiq müdafiə naziri Makael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb. “Respublika Partiyası” və  daşnaklar  Koçaryanı dəstəkləməyə hazırlaşır. “Daşnaksutyun” partiyasının büro üzvü Hrant Marqaryan Robert Köçəyranla əməkdaşlıq edə biləcəklərini bildirib. Ermənistan mətbuatı yazır ki, bu baş verərsə növbədənkənar parlament seçkilərinə qədər Nikol Paşiyan tutduğu postu itirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: