Ermənistanda Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər.
NUHÇIXAN “news.am” saytına istinadən xəbər verir ki, ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar.
Qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları bu gün də davam etdirilir. N. Paşinyan bütün sürücüləri yerli vaxtla 12:05 radələrində avtomobilləri dayandırıb yolları bağlamağa çağırıb. Etiraz aksiyası yerli vaxtla saat 19:00-dan etibarən İrəvan meydanında davam etdiriləcək.