Ermənistanda cərəyan edən proseslər Paşinyanın reytinqinin sürətlə aşağı düşməsindən xəbər verir

158

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın komandası mer seçkilərində məğlubiyyətlə üzləşdi. İctimai-siyasi xaosun hökm sürdüyü Ermənistanın 4 iri şəhərində keçirilən mer seçkisi qanun pozuntuları ilə yadda qaldı. Nikol Paşinyanın dəstəklədiyi namizədlərdən biri məğlub oldu. Bu, Paşinyanın ilk məğlubiyyəti kimi qiymətləndirilir. Politoloqlar işğalçı ölkədə dekabrda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinədək siyasi proseslərin nəzarətdən çıxacağını proqnozlaşdırırlar.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər ki, “məxməri inqilab” yolu ilə hakimiyyətə gəlmiş Paşinyan getdikcə nüfuzunu itirir. Ölkənin dörd iri şəhərində seçkidən əvvəl Paşinyan bu şəhərlərə səfər edərək özünün dəstəklədiyi namizədlərin lehinə mitinqlər keçirib, seçiciləri onlara səs verməyə çağırıb. Amma proseslər heç də onun istədiyi kimi olmayıb. Paşinyan komandasının üzvlərindən biri Narek Babayan seçkidə öz bitərəf rəqibinə məğlub olub. Bundan başqa, şəhərlərdəki seçici fəallığı da aşağı səviyyədə olub. İndi Paşinyanın mümkün qədər tez parlament seçkisi keçirmək arzusunun nə ilə bağlı olduğu aydındır. Bu şəhərlərdəki seçkilərdə onun dəstəklədiyi namizədin məğlubiyyəti, seçici fəallığının azlığı Paşinyanın reytinqinin sürətlə aşağı düşməsinin başlamasından xəbər verir.

Hüquq müdafiəçisi Vardan Harutyunyanın sözlərinə görə, Paşinyan baş nazir olduğu 5 ay müddətində dövlət idarəçiliyində xeyli səriştəsiz olduğunu göstərdi. O, ilk növbədə, prokurorluğa və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqla siyasi dustaq adlandırılan bir çoxlarını tələsik azad etdi və indi bu qruplaşmadan “qolçomaq” kimi istifadə etməyə çalışır. Mart terroru ilə bağlı qaldırılan cinayət işi qeyri-adi şəkildə aparılır. Məqsəd əlbəttə ki, şou göstərmək idi. Üstəlik Paşinyan xalq tərəfindən rədd edilən hakimiyyətin kadrları ilə yeni Ermənistan yaratmağa cəhd göstərir. Bütün bunlar inqilab etmiş cəmiyyətə yönələn təhdid və təhqirdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: