Ermənistanda aksiyalar səngimir

158

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. NUHÇIXAN xəbər verir ki,  Şirak vilayətində günlərdir aksiya keçirən sakinlər merin istefasını tələb edirlər. “Sasna srer” silahlı qruplaşmasının üzvləri isə partiya yaradırlar. İşğalçı ölkənin baş naziri də   terror təşkilatına dəstək verib.

Ermənistanın Şirak vilayətində aksiyalar səngimir. Sakinlər Ani şəhərinin meri Akat Gevorkyanın istefası tələbi ilə beş günə yaxındır ki, mitinq keçirirlər. Bildirilir ki, Gevorkyan 14 ilə yaxın Maralikin meri olub. 16 icma birləşdiriləndən sonra da o, insanların narazılığına rəğmən vəzifəsində qalıb. Kütlə Gevirokyanı talançılıqda günahlandırır. Mer 10 ildən artıqdır ki, şəhər büdcəsini mənimsəyir. Əvəzində isə Anidə heç bir infrastruktur layihəsi həyata keçirilməyib. Narazı vətəndaşlar deyirlər ki, ölkədə bir neçə ay əvvəl “məxməri inqilab” oldu, yeni hökumət formalaşdırıldı. Amma heç nə dəyişmədi. Dəyişən sadəcə hakimiyyətdə olanlardır. Daha dəqiq iqtidar müxalifətə, müxalifət isə iqtidara çevrildi. Köhnə klanın üzvlərindən hələ də hökumətdə təmsil olunanlar qalmaqdadır. Onlar hələ də köhnə əməllərindən əl çəkməyiblər. Dövlətdən, xalqdan oğurluq davam edir. Etirazçıların sözlərinə görə, vaxtilə Maralik şəhərində 4 uşaq bağçası var idi. Mer onlardan birini sökdürərək yerində özünə ev tikib. Digər bağça isə indi pasport qeydiyyat şöbəsi kimi fəaliyyət göstərir. Qalan iki bina isə qəzalı vəziyyətdə olduğu üçün fəaliyyətini dayandırıb. Bundan başqa Artak Gevorkyanın şəhərin infrastrukturunun yenilməsi üçün ayrılan 10 milyon dollar vəsaiti mənimsədiyi iddia olunur. Etirazçılar, bu şəxsin əməllərindən cana yığıldıqlarını deyirlər. Meri istefaya getməyəcəyi təqdirdə ölümlə hədələyiblər. Ermənistanın siyasi səhnəsində də  ziddiyyətlər güclənir. “Sasna srer” silahlı qruplaşmasının həbsdən azad olunan üzvləri partiya yaradırlar. İşğalçı ölkənin baş naziri də terror təşkilatına dəstək verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Erməni politoloq Aşot Sarkisyan bu dəstəyin təsadüfi olmadığını bildirir və iddia edir ki, Sasna Srer qruplaşması Paşinyanın təkidi ilə siyasi partiya elan edilib. Baş nazir  bu addımı  Robert Köçəryan və Serj Sarkisyana qarşı öz mövqeyini gücləndirmək üçün atıb. Elə silahlı qruplaşmanın rəhbərlərindən Varujan Avetisyanın sözlərinə görə, onlar Serj Sarkisyanı və onun quldur dəstəsini  tamamilə məhv etməyi qarşılarına məqsəd qoyublar. Çünki məhz Sarkisyanın siyasətinin əleyhinə çıxdıqları üçün iki ilə yaxın müddətdə həbs olunaraq mənəvi və psixoloji işgəncələrə məruz qalıblar.  Politoloqlar isə hesab edirlər ki, “Sasna Srer” kimi radikal qruplaşmanın siyasi meydana çıxarılması Ermənistana təhlükə vəd edir. Bu işğalçı Ermənistanda qeyri-sabit ab-havanı daha da pozacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: