Ermənistan ordusunun bölmələrinin birində əsgərlər arasında kütləvi zəhərlənmə baş verib

219

Azərbaycanın Ağdam rayonunun düşmən tərəfindən işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi zəhərlənmə baş verib.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, yeməklərin keyfiyyətsiz olması nəticəsində zəhərlənən 54 hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Hərbi polis tərəfindən hadisə ilə bağlı yoxlama aparılarkən məlum olub ki, ərzaq anbarından verilən bir neçə məhsulun istifadə müddəti çoxdan başa çatıb.

Hərbi hissə komandanlığı hadisəni ört-basdır etməyə çalışsa da, əsgərlərin valideynlərinin şikayəti əsasında faktla bağlı araşdırma aparılır. Köhnəlmiş ərzağın yeməkxanaya verilməsində təqsirkar şəxslərin müəyyənləşdirilərək cəzalandırılması məqsədilə cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: