Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin sayı artır

173

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir.
NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk edib. Xəbərdə bildirilir ki, şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər.
Hərbi hissə tərəfindən gənc əsgərin axtarışı və xidmət yerinə qaytarılması istiqamətində işlər aparılsa da, əsgərin valideynləri övladının qaçma səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasını tələb edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: