Ermənistan ordusunda nizamnamədən kənar münasibətlər zəminində daha bir cinayət törədilib

187

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində nizamnamədən kənar münasibətlər zəminində daha bir cinayət hadisəsi törədilib.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Gümrü şəhərinin Şirak rayonunun Voqçi kəndindən hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Sergey Safaryan xidmət yoldaşı Şavo adlı hərbi qulluqçu tərəfindən vəhşicəsinə döyülüb.

S.Safaryanın vəziyyəti ağır olduğundan Ağdərə hospitalına yerləşdirilib.

Qeyd edək ki, düşmən ordusunda Ermənistandan olan hərbçilərin Qarabağda yerləşdirilən ermənilər tərəfindən təhqir olunması, alçaldılması, döyülməsi halları tez-tez baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: