Ermənistan ordusunda ərzaq çatışmazlığı yaranıb

160

Baş nazir Nikol Paşinyan evdən əsgərə ərzaq, geyim və digər məhsulları göndərməyi qadağan edib. Hərbi komandalıq isə müqavilə ilə müddətdən artıq hərbi xidmət keçən əsgərlərin ərzaq tədarükünü azaldıb.

NUHÇIXAN Ermənistan saytlarına istinadən bildirir ki, bu məlumatı hərbiçilər mətbuata sızdırıblar. Onların sözlərinə görə artıq bir neçə gündür ki, müqavilə ilə xidmət edənlərə hərbi hissələrdə yemək verilmir. İndi onlar xidmət yerlərinə evlərindən yemək gətirmək məcburiyyətində qalıblar.  Bu vəziyyət ona görə yaranıb ki, baş nazir Nikol Paşinyan əsgərlərə evdən ərzaq, ayaqqabı və digər ləvazimatların  gətirilməsini qadağan edib.  Ona görə də komandanlıq müqavilə ilə xidmət edənlərin yeməyini kəsməyə məcburdur. Yuxarıdan verilən göstərişə görə texniki işlər görən və döyüş tapşırığı yerinə yetirməyən hərbiçilərə, ümumiyyətlə qidalanmaq üçün heç nə verilmir.  Erməni ordusunda müqavilə ilə xidmət edən hərbi qulluqçuların ən yüksək maaşı təqribən 200 ABŞ dollarıdır. Bir aylıq yemək üçün isə tək bir hərbiçi təqribən 50 ABŞ dolları xərcləməyə məcburdur. Belə olanda bəs biz ailəni nə ilə dolandıraq?- erməni hərbiçiləri indi  maraqlandıran məqam budur.  Bundan başqa hərbi hissələrdə evdən gətirilən ərzağı və yeməyi saxlamaq üçün də şərait yoxdur. İsti yay günlərində isə bu əsl problemə çevrilir. Erməni hərbiçilər qanunla  onlara hər ay 20 ABŞ dolları miqdarında əlavə yemək pulu nəzərdə tutulduğunu deyirlər. Amma bu pulu indiyə qədər heç kim ala bilməyib.

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə bununla bağlı jurnalistlərə bildirib ki, naryad keçənlərin ərzaqla təminatı hərbi hissələrin  daxili qərarıdır və bu təcrübə bundan sonra ləğv ediləcək. Yaranmış çətinliyi necə aradan qaldırmaqla bağlı isə Ermənistan rəhbərliyi  heç nə demir.

Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: