Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yayıb

99

Ermənistanda növbədənkənar parlament seçkiləri məzmun etibarilə demokratiyadan çox uzaq keçib. Bu təsbit Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahının səsvermənin yekunlarına dair bəyanatında yer alıb.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bəyanatda qeyd olunub: “Seçkilər fərqli düşüncəyə dözümsüzlük, namizədlərə və onların tərəfdarlarına, yerli özünüidarəetmə orqanlarına kobud təzyiqlər və inzibati resurslardan görünməmiş miqyasda istifadə etməklə ksenofobiyanın təbliği şəraitində keçirilib”.

Partiyanın bəyanatında xatırladılıb ki, ölkədə parlament üsul-idarəsinə keçidin başlıca məqsədi cəmiyyətdə fərqli mövqedən çıxış edənlərlə həmrəylik şəraitinin yaradılması olub. “Lakin təəssüflə qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya müxtəlif təbəqələr arasında dərin uçurum yaradıb. Bununla belə, seçkilərdən əvvəl bizim qaldırdığımız məsələlər – yeni hökumətin xarici siyasəti, müdafiə və təhlükəsizlik sahələrində strategiyası bizdə narahatlıq doğurur və erməni xalqının gələcəyi də bu amillərdən asılıdır”, -deyə bəyanat müəllifləri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: