Ermənistan müxalifəti etiraz aksiyalarını bərpa edib

88

Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna seçilməsinə qarşı etiraz aksiyaları bu gün səhər bərpa olunub.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, yürüşlər eyni zamanda bir neçə etirazçı qrupu tərəfindən həyata keçirilir. Onlardan biri Yerevan Dövlət Universitetinin qarşısından başlayıb. Bununla yanaşı, nümayişçilər əsas liderlərinin dəstəyindən məhrum olublar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, aprelin 22-də isə deputatlar Nikola Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan həbs edilib.

Xatırladaq ki, Serj Sarkisyanın Ermənistanın baş nazir postuna seçilməsi əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da polislə parlament binasına tərəf yürüş etməyə çalışan mitinq iştirakçıları arasında baş verən toqquşma nəticəsində onlarla insan xəsarət almışdı. Bundan sonra etirazçılar Ermənistanda “məxməri inqilabın” başlandığını elan etmişdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: