Ermənistan Müdafiə Nazirliyindən nümayişçilərə qoşulan hərbçilərlə bağlı AÇIQLAMA

72

Ermənistanın Müdafiə Nazirliyi nümayişçilərə qoşulan sülhməramlı hərbi briqadanın bu hərəkətini qəti şəkildə pisləyib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Məlumatda vurğulanır ki, bu cür hərəkətlər ordunun dövlətdə baş verən daxili proseslərə münasibətdə neytrallığını kobud şəkildə pozur.

Qeyd edək ki, Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları davam edi. Bu gün Yerevanda aksiya iştirakçılarına hərbi formalı onlarla şəxs də qatılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: