Ermənistan Müdafiə Nazirliyi etirazçılardan nazirliyə yaxın küçələri boşaltmağı tələb edib

100

Ermənistanın Müdafiə Nazirliyi bu gün səhər saatlarından başlayaraq yenidən Yerevan küçələrinə çıxan etirazçılara müraciət edərək nazirlik yerləşən əraziyə yaxın küçələri boşaltmağa çağırıb.

NUHÇIXAN-ın məlumatına görə, nazirliyin yaydığı məlumatda aksiya iştirakçılarının nazirlik ətrafındakı küçələri boşaltmaları tələb olunub.

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: