Ermənistan İstintaq Komitəsi Robert Koçaryana qarşı yeni ittihamlar irəli sürüb

108

Dərin iqtisadi böhran içində olan Ermənistanda siyasi vəziyyət gərginləşir. İşğalçı ölkənin İstintaq Komitəsi sabiq prezident Robert Koçaryana qarşı yeni ittihamlar irəli sürüb. Vətəndaşları parlament seçkilərini baykot etməyə çağıran xristian-demokrat hərəkatının lideri, politoloq Levon Şirinyan isə Nikol Paşinyanı keçmiş hökumət nümayəndələri ilə əməkdaşlıqda günahlandırır.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni ittihamlar əlavə edib. Bunu Koçaryanın vəkili Ovanes Xudoyan deyib. O bildirib ki, Robert Koçaryan 2008-ci il martın 1-də İrəvanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunur. İndi isə onun maliyyə fırıldaqçılığında və çirkli pulların yuyulmasında iştirak etdiyinə dair faktlar üzə çıxıb. Belə ki, Ermənistan Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüz milyonlarla dollar gəlir əldə etdiyini, həmçinin Koçaryanın Yerevandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair məlumat əldə edib. Xristian-demokrat hərəkatının lideri, politoloq Levon Şirinyan isə keçmiş hökumət üzvləri ətrafında baş verən bütün bu hadisələrin şou xarakteri daşıdığını, cəmiyyətin diqqətini parlament seçkilərindən uzaqlaşdırmağa hesablandığını açıqlayıb. Seçiciləri seçkini boykot etməyə çağıran Şirinyan Koçaryan, Sarkisyan, Şmays və Manvel dövrünün qayıtdığını açıqlayıb. Çünki onun fikrincə, Paşinyan keçmiş düşmənlərinə bel bağlamağa başlayıb. Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun seçki siyahısında Respublika partiyasının üzvlərinin olması Ermənistanda birmənalı qarşılanmayıb. Siyasi ekspertlər nəinki Nikol Paşinyanın siyahısında Şirak Torosyan və Feliks Çolakyan kimi keçmiş respublikaçıların olmasını, hətta onun köhnə seçki məcəlləsi ilə seçkilərə getməsini qəbul etmirlər. Xristian-demokrat hərəkatının liderinin fikrincə, Paşinyan köhnə seçki məcəlləsi ilə seçkilərə getməklə yenidən Robert Koçaryan və Serj Sarkisyan kimi quldurlar üçün meydan açıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: