Ermənistan hökuməti və lobbi dərnəkləri müxtəlif vasitələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır

143

Tbilisidə ATƏT-in 15-ci “Cənubi Qafqaz regionunda media azadlığı” adlı beynəlxalq konfransı iyulun 19-da işini davam etdirib.

NUHÇIXAN xəbər verir ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək Ermənistanın media və söz azadlığından sui-istifadə edərək həyata keçirməyə cəhd etdiyi pozuculuq fəaliyyətindən danışıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirir. Bu azmış kimi, Ermənistan hakimiyyəti və lobbi dairələri əllərindəki resurslardan və bütün mümkün vasitələrdən istifadə edərək hərbi təcavüz faktını gizlətməyə çalışırlar. Bunun üçün söz azadlığı, mətbuat azadlığı kimi prinsiplərdən sui-istifadə edirlər.

XİN sözçüsü daha sonra deyib: “Ermənistan hökuməti beynəlxalq hüquqa və qanunlara zidd olaraq beynəlxalq media nümayəndələrini aldadıb və yaxud da digər formalarla sövq edib Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərə gətirir. Ermənistan hökuməti bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edir və bu rejimin legitimləşdirilməsi istiqamətində əsassız səylər göstərir.

Konfransda iştirak edən Ermənistan nümayəndəsi çaşqın halda H.Hacıyevin çıxışına irad bildirmək istəsə də onun bu cəhdi baş tutmayıb.

H.Hacıyev daha tutarlı faktlarla Ermənistanın məkrli, təcavüzkar siyasətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: