2018-ci il aprelin 1-nə olan məlumata görə Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969,9 min nəfər olub.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ölkə əhalisinin sayı 2017-c ilin müvafiq dövrü ilə müqayisədə 11,6 min nəfər, 2018-ci ilin ilk 3 ayında isə 2800 nəfər azalıb. Buna əsasən miqrasiya və təbii artımın azalması səbəb olub.
Xidmətin məlumatına görə, Ermənistanda şəhər əhalisinin sayı 1 milyon 894 min 500 nəfər, kəndlərdə yaşayanların sayı isə 1 milyon 75,4 min nəfər təşkil edib.
Ermənistan əhalisinin sayı ötən əsrin 70-ci illərdən bəri ilk dəfədir ki, 3 milyondan aşağı düşüb.