Ermənilərin dinc sakinlərə atəş açması nəticəsində Qazax sakini yaralanıb

231

Qazax sakini ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

NUHÇIXAN xəbər verir ki, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G.Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov bildirib ki, yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə ambulator müalicəyə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: