Erməni Torontonu qana boyadı

67

Bu gün Torontonun şimalındakı Riçmond-Hill adlı şəhərətrafı bölgədən olan 25 yaşlı Alek Minassyan özünün idarə etdiyi ağ furqonu Kanadanın ən iri şəhərinin mərkəzində piyadaların üzərinə sürüb. Polisin məlumatına görə, şübhələnən şəxs bu əməli qəsdən törədib.

Erməni A.Minassyan dədə-babasının 103 il bundan əvvəl Anadolunun şərq hissəsində satqın qiyamı, fərariliyi, dinc köməksiz müsəlman sakinlərə qarşı kütləvi qırğını nəticəsində Osmanlı imperiyasını sövq etdikləri vətəndaş müharibəsində biabırçı şəkildə məğlub olmaları ilə əlaqədar öz xalqının hüznünü beləcə “orijinal” şəkildə ifadə edib.

Başa düşürük, ermənilər məğlubiyyət acısını, xüsusən də rüsvayçı məğlubiyyəti heç də asanlıqla dəf edə bilmirlər. Lakin öz zəhərini yoldan keçən günahsız, uşaqları ilə gəzintiyə çıxan insanların üstünə tökmək nəyə lazımdır?

Ola bilər, bu terror hadisəsi bir neçə il bundan əvvəl tələskənlik edərək erməni mövqeyindən çıxış edərək, qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul edən Kanada qanunvericilərinə bir dərs olsun və erməni icmasının qara “minnətdarlıq”ları barədə fikirləşməyə məcbur etsin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: