Erməni generallar Paşinyandan narazıdırlar

254
Ermənistan Müdafiə Nazirliyinin əksər generalları Nikol Paşinyan hökumətindən narazıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin “Qrapark” qəzeti öz mənbələrinə istinadən yazır.
Koçaryan və Sarkisyan dövründən orduda çalışan generallar yeni hökumətin nazirlikdə yoxlama aparmasına görə də narazı qalıblar. Onlar ordunun hədəfə çevrildiyini bildiriblər.
Adı açıqlanmayan yüksək çinli zabit bu narahatlığı belə ifadə edib.
“Bir generalımız həbsdədir, (Manvel Qriqoryan), 1 generalımız axtarışa verilib (Mikael Arzumanyan) və 1-i isə (Seyran Ohanyan) istintaqa ifadə verir. Bu bizim üçün qəbuledilməzdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: