Erməni əsilli deputat Qaro Paylanın istintaqa çağırılması üçün Türkiyə parlamentinə müraciət olunub

137

Professor Aygün Əttarın şikayəti əsasında Türkiyə Böyük Millət Məclisinin üzvü, erməni əsilli deputat Qaro Paylanın istintaqa çağırılması üçün ölkənin Ədliyyə Nazirliyi müvafiq qaydada icazə verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlama verən Aygün Əttar bildirib ki, Qaro Paylanın deputat toxunulmazlığının götürülməsi üçün Ankara prokurorluğu tərəfindən müvafiq qaydada Türkiyə parlamentinə müraciət olunub. Aygün Əttar deyib: “Mənim şikayətim Türkiyə qanunlarına əsaslanır. Paylanı Türkiyə Prezidentinə qarşı həqarətdə, Türkiyə dövlətinə qarşı çıxmaqda ittiham edirəm”.

Bu, professor Aygün Əttar ilə HDP-li deputatların birinci hüquqi çəkişməsi deyil. HDP-nin keçmiş həmsədri, hazırda həbsdə olan Səlahəddin Dəmirdaş 2016-cı ilin Aprel döyüşlərindən sonra Türkiyə Böyük Millət Məclisində Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan bəyanat verdiyi üçün Aygün Əttar ondan da Ankara prokurorluğuna şikayət edib. Hazırda onun Səlahəddin Dəmirdaşa qarşı irəli sürdüyü Türkiyə dövlətinə xəyanət ittihamı ilə şikayətinə də baxılmaqdadır.

Qeyd edək ki, PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-nin üzvü olan Qaro Paylan saxta “erməni soyqırımı” məsələsi ilə bağlı Türkiyəyə qarşı aparılan beynəlxalq kampaniyanın ən fəal üzvlərindən biridir. Təsadüfi deyil ki, o, ermənilərin diaspor maraqlarını təmin etdiyi üçün və Türkiyəyə qarşı məqsədyönlü təxribatçı əməllərinə görə təcavüzkar Ermənistan tərəfindən qızıl medalla təltif olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: