Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

99

Ermənistanda növbədənkənar parlament seçkiləri yekunlaşsa da gərginlik azalmır.

NUHÇIXAN xəbər verir ki, siyasi analitiklər seçkidə qalib gələn Nikol Paşinyanın tezliklə devriləcəyini proqnozlaşdırırlar. Robert Koçaryanın tərəfdarları isə təşəbbüs qrupu yaradaraq aksiyalara hazırlaşırlar.

Ekspertlərin fikrincə, saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir. Ermənistanda növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları göstərir ki, Nikol Paşinyan qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutub. O, bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq səsvermədə daha fəal olacaq. Amma bunun əksi baş verdi.

Ermənistan mətbuatı yazır ki, səsverməyə gedənlərin əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Gənclər isə heç bir fəallıq göstərmədilər. Nəticədə Ermənistan tarixində görünməmiş seçki oldu. İndiyə qədər keçirilən seçkilərin heç birində bu qədər aşağı seçici fəallığı olmayıb.

“İnqilabların təcrübəsi Paşinyanın devriləcəyini göstərir”.

Bu fikri tanınmış analitik Lourens Broers “Euronews”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Nikol Paşinyanın hazırda üzləşdiyi başlıca problem “məxməri” adlandırılan inqilabı uzunmüddətli mirasa çevirməkdir. Bu isə Paşinyanın diktator olmasını təmin edəcək. Analitik qeyd edir ki, Paşinyan özünün şəxsi populyarlığından həzz alır və qarşısındakıların hamısını silib-süpürərək ölkədə yeganə dominant fiqur olmaq uğrunda mübarizə aparır. Onun fikrincə, Ermənistan uzun illərdir ki, bir sıra sahələrdə genişmiqyaslı islahatlara ehtiyac duyur. Bu mənada, çətin ki, Paşinyan Ermənistanda təkhakimiyyətliliyə nail olduqdan sonra parlamentdə hökumətin səhv qərarlarını mühakimə edəcək sağlam müxalifət formalaşsın. Siravi vətəndaşlar avtoritar və oliqarx rejimlərdən canını qurtarmaqda niyyətlidir. Bu isə hələ uzun müddət mümkün olmayacaq. Ermənistanın həbs olunan ikinci prezidenti Robert Koçaryanın müdafiəçiləri mitinq və piketlərə hazırlaşırlar. Bu barədə “Prezidentə azadlıq” təşəbbüs qrupunun yaydığı bəyanatda deyilir. “Biz ədalətsizliyə qarşı öz qəti səsimizi qaldırmağa hazırlaşırıq. 11 dekabrı mübarizə mərhələsinin başlanğıcı elan edirik və hamını bizə qoşulmağa çağırırıq”, – deyə bəyanatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: