Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb

386

Ermənistanda “donuz qripi” adlanan xəstəliyin törədicisi H1N1 virusundan ölənlərin sayı ikiyə çatıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəliyin növbəti qurbanı ürək-damar xəstəliyindən əziyyət çəkən 62 yaşlı vətəndaş olub.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, “donuz qripi” virusuna yoluxan şəxsin ölüm səbəbi xəstəxanaya gec müraciət etməsidir.

Məlumatda bildirilir ki, 2019-cu ildə Ermənistanda qriplə bağlı xəstəxanalara 1080 nəfər müraciət edib, stasionar müalicədə olan 837 nəfərin isə 95 faizi uşaqlardır. Məktəblərdə aparılan monitorinq zamanı da xəstəliyə yoluxmuş 499 azyaşlı müəyyən edilərək müalicəyə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: