Elman Rüstəmov: 200 manatlıq əsginasların hazırlanmasında ən müasir mühafizə elementlərindən istifadə olunub

237

Yeni 200 manatlıq pul nişanının hazırlanmasında dünyanın ən müasir mühafizə elementlərindən istifadə olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın “Giesecke+Devrient” şirkətində çap olunan 200 manatlıq yeni pul nişanları, həmçinin müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanları mayın 24-dən dövriyyəyə buraxılacaq, onların satışı təmin ediləcək.

E.Rüstəmov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının çəkisi 1 troy unsiyası olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Cümhuriyyətin 100 illiyinə həsr olunan xatirə pul nişanları isə çəkisi üç ölçüdə – 1, 3/4, 1/2 troy unsiyası olan yüksək əyarlı qızıldandır. Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib. Xatirə pul nişanları məhdud sayda (3000 yaxın) buraxılıb. Ehtiyac yaranacağı təqdirdə yenidən istehsal olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: