“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydaları dəyişdi

223

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydalarına dəyişiklik edilib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, qaydalara əlavə edilir: “Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar “Elektron hökumət” portalı vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürülür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: