Elbrus dağında iki alpinisti ildırım vurub

201

Elbrus dağına çıxan zaman iki alpinisti ildırım vurub.

NUHÇIXAN RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsinin məlumatında deyilir.

“Çərşənbə günü 16.55-də ilkin məlumat daxil oldu ki, Elbrus dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb”, — deyə məlumatda qeyd olunur.

İdarədən bildirildiyinə görə, xəsarət alanlardan biri ağır vəziyyətdədir, digərinin vəziyyəti isə orta-ağırdır.

Hadisə yerinə FHN-in Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: