Ekzotik çay arıqlamağa kömək edəcək

70

Həyat tonusunu qaldıran mate içkisi insan istirahət etdiyi zaman da orqanizmi kalori yandırmağa məcbur edir. Lakin onu mütləq soyuq içmək lazımdır. Bununla bağlı İsveçrənin Friburq Universiteti alimlərinin tədqiqatları “Frontiers in Physiology” jurnalında dərc edilib.

NUHÇIXAN “Zdorovye Mail.Ru” saytına istinadla xəbər verir ki, eksperimentdə 23 sağlam kişi və qadın iştirak edib. Onların hamısı əvvəlcə yarım saat ərzində sakit oturub, sonra tələsmədən 500 millilitr şirinləşdirilməmiş mate içiblər. İştirakçılar bir gün qaynar içki (təqribən 55 dərəcə selsi), növbəti gün isə soyuq içki (təqribən 3 dərəcə selsi) qəbul ediblər. İçkiləri qəbul etdikdən sonra onlar 90 dəqiqə istirahət ediblər. Eksperimentin əvvəlində və sonunda alimlər iştirakçıların ürək-damar sistemi və maddələr mübadiləsinin vəziyyətini yoxlayıblar.

Məlum olub ki, kalori yandırmaqda soyuq mate istidən iki dəfə artıq effektivdir. İstirahət zamanı enerji sərfinin səviyyəsi arıqlamaq baxımından mühüm göstəricidir. Alimlərin qənaətinə görə, bu effekt soyuq matenin istidən fərli olaraq orqanizmdə isti hasil olunmasını fəal şəkildə stimullaşdırması, həmçinin piylərin oksidləşməsinə yardım etməsi ilə əlaqədardır. Bütün bunlar isə kalorinin yanmasına və artıq enerjinin çıxmasına şərait yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: